Toxumçuluqla məşğul olan fermerlərə 1 milyon manat qrant ayrılacaq

 Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidməti ölkədə toxumçuluqla məşğul olan fermerlərə 1 milyon manat qrant ayıracaq. 

 

Bunu bu gün Bakıda keçirilən özəl toxumçuların I ümumrespublika müşavirəsində Xidmətin rəisi Mirzə Əliyev deyib.

 

Onun sözlərinə görə, hazırda Azərbaycanın toxuma olan tələbatının 30-35%-i yerli istehsal hesabına ödənilir:

 

"Biz bununla barışa bilmərik. Əsas prioritet istiqamət özəl toxumçuluğun inkişaf etdirilməsidir. Müxtəlif sahələri özündə əhatə edən kompleks tədbirlər həyata keçirməyi planlaşdırıq. Bu sahədə mövcud olan qanunvericiliyin inkişaf etdirilməsi istiqamətində müəyyən işləri görməyi üzərimizə götürmüşük. Özəl toxumçuluğun inkişaf etdirilməsi üçün 1 milyon manat vəsaitin qrant şəkildə verilməsini razılaşdırmışıq", - deyə o, qeyd edib. 

 

1 GÜNƏ KREDİT ALIN!

 

© Report

12 İyul 2018 , 11:38   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin