İran mətbuatına verilən xəbərlərə görə, İranın Hindistan səfiri Məsud Rezvaniyan, Hindistanın ABŞ-ın təzyiqləri nəticəsində İrandan neft idxalını dayandırması halında Tehranın xüsusi imtiyazlarını itirəcəyini bildirib.
Rezvaniyan, "Əgər Hindistan İran nefti yerinə Səudiyyə Ərəbistanı, Rusiya, İraq və ABŞ kimi ölkələrdən neft idxal etsə Tehran tərəfindən təmin olunan güzəştlərdən məhrum qalacaqdır",- deyib.
ABŞ-ın müttəfiqlərinə İrandan neft idxalının dayandırılması üçün etdiyi təzyiqlərə toxunan Rezvaniyan, ölkəsinin Hindistan üçün "etibarlı enerji tərəfdaşı" olduğunu deyib.