Sabaha olan hava proqnozu açıqlandı

 

Azərbaycanda sabaha, iyulun 13-nə olan hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi güclənəcək.

 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-28, gündüz 29-34, Bakıda gecə 26-28, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 30-40 faiz təşkil edəcək.

 

Abşeron çimərliklərində

 

İyulun 13-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.

 

Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərdə hava şəraiti əlverişsiz olacaq.

 

Azərbaycanın rayonlarında iyulun 13-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

 

Lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 22-27, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza gəlimncə,  iyulun 13-ü səhərdən 14-ü gündüzədək Abşeron yarımadasında xəzri küləyinin güclənməsi fonunda temperaturun ötən günlə müqayisədə bir qədər aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

12 İyul 2018 , 12:55   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin