Neft bahalaşdı, Azərbaycanın gəliri 81% artdı

Azərbaycan xam neft ixracını artırıb.

 

"Marja" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2017-ci ilin birinci yarısında 9 707 174 ton xam neft ixrac olunmuşdursa, cari ilin birinci yarısında bu rəqəm 13 564 784 ton təşkil edib (miqdar baxımdan 40% artıb).

 

Ötən ilin birinci yarısında 9 707 174 ton xam neftin statistik dəyəri 3 milyard 839 milyon  227 min dollar təşkil etmişdi. Bu ilin birinci yarısında 13 564 784 ton xam neftin statistik dəyəri 6 milyard 945 milyon 438 min dollar təşkil edib (dəyər baxımdan 81% artıb). Statistik dəyərin artmasının əsas səbəbi xam neft qiymətlərinin yüksəlməsidir.

 

BANKDAN DA AŞAĞI FAİZLƏ KREDİT

 

Təbii qaz ixracının dəyəri isə 527 milyon 932 min dollardan 570 milyon 337 min dollara düşüb.

12 İyul 2018 , 13:22   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin