Toxum istehsalçılarına qrantın hansı şərtlərlə veriləcəyi açıqlanıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti toxum istehsalçısı olan fermerlərə ayrılacaq 1 mln. manat qrantın hansı şərtlərə veriləcəyini açıqlayıb. 

 

Bu barədə xidmətin rəisi Mirzə Əliyev məlumat verib. 

 

"Həmin vəsait ilkin toxum təmizləmə məqsədilə ayrılacaq. Fermerlərin texnoloji avadanlıqlarının, texnoloji bazasının inkişafı üçün nəzərdə tutulub", - deyə o, qeyd edib. 

 

Nazirlik rəsmisinin sözlərinə görə, qrant almaq üçün bir neçə toxum istehsalçısı birləşərək dövlət xidmətinə müraciət etməlidirlər. "Özəl toxumçular dəyər zənciri boyunca birləşərək müraciət edə bilərlər. Bir toxum istehsalçısı qrupuna düşəcək məbləğ 50 min manat təşkil edəcək. Əgər onlara 100 min manat vəsait lazım olacaqsa, onun 50 min manatını biz ödəyəcəyik". 

 

BANKDAN DA AŞAĞI FAİZLƏ KREDİT

 

© Report

12 İyul 2018 , 13:31   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin