Azərbaycan şirkəti 6 milyon avro kredit aldı - 35 DİZEL AVTOBUSU ALACAQ

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Bakıda avtobus xidmətinin 20 faizinə nəzarət edən ən iri özəl avtobus operatoru "Xaliq Faiqoğlu" MMC-yə 6 milyon AVRO məbləğində (Azərbaycan manatı ilə) kredit ayrııb. Bu barədə "Marja"ya AYİB-dən bildirilib.

 

"Xaliq Faiqoğlu" cəlb etdiyi vəsaitə Aİ Avro 6 emissiya standartına tam cavab verəcək 35 ədəd yeni alçaq platformalı dizel avtobusu satın alacaq. Bu avtobuslar köhnə avtobusları əvəzləyəcək və şirkətin illik CO2 emissiyalarını 2,853 ton azaldacaq.

 

 “Xaliq Faiqoğlu” 2017-ci ildə 100 milyondan artıq sərnişin daşıyıb.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

AYİB Azərbaycanda qabaqcıl investisiya təşkilatıdır. Ölkədəki fəaliyyətinə 1992-ci ildən başlayandan bəri Bank, maliyyə, korporativ, infrastruktur və enerji sektorlarında icra olunmuş 163 layihəyə 2.8 milyard ABŞ dollarından artıq sərmayə qoymuşdur və həmin sərmayənin 58 faizi özəl təşkilatların payına düşür.

12 İyul 2018 , 15:50   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin