Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Sürpriz etdi! 19 milyard dollara aldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sürpriz etdi! 19 milyard dollara aldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünyanın ən böyük rəqəmsal və analoq yarımkeçirici istehsalçılarından "Broadcom" şirkəti, mərkəzi ABŞ-ın Nyu York şəhərində yerləşən proqram şirkəti CA-nı satın alır. Müqavilə rəsmi olaraq elan edilib. "Broadcom"un CA üçün ödəyəcəyi məbləğ 19 milyard dollar olaraq açıqlanıb.
 

"Marja" xəbər verir ki, 19 milyard dollarlıq satınalma CA-nın səhmlərinin cəmi dəyərindən 20% yüksəkdir. 
 

Reklam_3_11

Yarımkeçiricilərdən başqa, kabelli və kabelsiz texnologiyalar, fiber network və s. bir çox fəaliyyəti olan "Broadcom" bu dəfə sahənin xaricinə çıxaraq mərkəzi əməliyyat sistemləri proqramları üzrə ixtisaslaşmış bir şirkəti satın almışdır.


İcraçı direktor Hock Tan, satınalma ilə şirkətin çip sənayesindəki  bazar payının 4%-dən 30%-ə qaldırılacağını bildirib.
 

"Wall Street" isə bu gözlənilməz satınalmanı çox müsbət qarşılamayıb. "Broadcom"un səhmləri 7 faiz düşüb. İnvestor və analitiklər iki şirkətin bir-birinə necə fayda verəcəyini anlamağa çalışırlar.

 
"Broadcom" daha əvvəl "Qualcomm" şirkətini satın almaq üçün məşğul olmuş, ancaq 121 milyard dollarlıq müqaviləni Prezident Donald Traump milli təhlükəsizlik səbəbilə rədd etmişdi.
 

Sonra isə "Broadcom", mərkəzi Sinqapurda olan əməliyyatlarını ABŞ-a köçürmüşdü. Bu həmlə isə ABŞ-da verginin 35%-dən 21%-ə endirməsilə əlaqələndirilmişdi.

12.07.2018 14:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ