Xəzər Dəniz Neft Donanmasının gəmisi yeni xarici layihəyə cəlb olunub


Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (“AXDG” QSC) Xəzər Dəniz Neft Donanmasının “İrgiz” yedək-təchizat gəmisi “Seven Mile Shipping Limited” şirkətinin sifarişi əsasında “Jambul” layihəsi çərçivəsində  Xəzərin Qazaxıstan sektorunda yedək-təchizat işləri həyata keçirir.

 

Hazırda işlər uğurla davam etdirilir.  İrimiqyaslı layihələrdə Gəmiçiliyin aktiv iştirakı ölkəyə xarici valyuta gətirmək, eyni zamanda  əməkdaşlıq, təcrübə qazanmaq baxımından da olduqca əhəmiyyətli sayılır.

 

Məlumat üçün bildirək ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Xəzər Dəniz Neft Donanması Xəzər dənizində neft-qaz hasilatı proseslərinin tam təmin edilməsi, o cümlədən dəniz özüllərinin, estakadaların tikintisi, geoloji-kəşfiyyat, neft-qaz kəmərlərinin çəkilişi və digər xidmətləri həyata keçirir. Donanmanın tərkibində müxtəlif  tip ixtisaslaşdırılmış gəmilər var ki, buda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyini göstərdiyi xidmətlərin çoxşaxəliyinə   görə dünyada unikal şirkətlər sırasına daxil edir.

12 İyul 2018 , 16:29   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin