Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Porsche avtomobil satışında rekord yeniləyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
 Porsche avtomobil satışında rekord yeniləyib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İlin 6 ayı ərzində Porsche tərəfdən müştərilərə çatdırılan avtomobillərin sayı yenə artdıb


 

Reklam_3_11

Bu ilin altı ayı ərzində müştərilərə 130598 avtomobil çatdırmaqla Porsche AG keçən ilin müvafiq rekord göstəricisini üç faiz üstləyib.

 

2018-ci ilin ilk yarım ilini şirkətin tarixində ən uğurlu yarım il olmuşdur. Ən böyük artım Panamera modelində müşahidə olunmuşdur: iyun ayının sonu üçün Porsche müştərilərə 20500 ədəd bu dörd qapılı idman avtomobili çatdırmışdır ki, bu da keçən ilin müvafiq dövründən demək olar ki, iki dəfə çoxdur.

 

911 modeli də iki rəqəmli artıma nail olub: 28 faiz artaraq 21400 ədədə çatıb. Yüksək göstəricilər siyahısı 46600 ədəd Macan və 28700 Cayenne ilə davam edir.

 

“Porsche idman avtomobillərinin 70 illik yubileyi ilində bizim simvolumuz olan 911 modelinin bu qədər artım göstərməsi bizi xüsusilə sevindirir,” – deyərək  Porsche AG-nin İçraçı Şurasının satış və marketin üzrə cavabdeh üzvü olan Detlev fon Platen bildirmişdir. “Bu, bizim brendin nə qədər güclü və tələb olunan olduğunu göstərir.”

 

Yerli Almaniya bazarında 2018-ci ilin birinci yarısında Porsche 11 faiz, ümumi Avropa üzrə isə 9 faiz artım nümayiş etdirmişdir. 33.363 çatdırılmış avtomobil ilə ABŞ-nı da (29.421 avtomobil) qabaqlayan Çin Porsche üçün ən güclü müstəqil bazar olaraq qalır.

 

Çinə göndərilmiş avtomobillərin sayının 7 faiz azalması əsasən 1 iyul 2018-ci il tarixindən azalacağı gözlənilən idxal vergiləri ilə əlaqədar baş verib. Bu barədə qabaqcadan elan olunduğuna görə, müştərilərin çoxu alışı sonraya saxlayıblar. 

12.07.2018 15:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ