Rusiyanın iri internet-mağazası Azərbaycan bazarına çıxacaq

Rusiyanın ən iri onlayn riteyleri (internet-mağaza) “Wildberries” 2019-cu ildə Azərbaycanda sifariş məntəqəsi açmağı planlaşdırır.  

 

““Wildberries” yeni xarici bazarlara çıxmağa hazırlaşır. 2018-ci ilin IV rübündə şirkət Ermənistanda, 2019-cu ildə isə Azərbaycanda sifariş məntəqələri açacaq. Postsovet ölkələri arasında Azərbaycan onlayn ticarət bazarının həcminə görə üçüncü yerdədir. Şirkətin top-menecerləri hesab edirlər ki, bu qərar iqtisadi cəhətdən əsaslandırılıb", - deyə qəzet şirkətə istinadən qeyd edir.

 

““Wildberries”in məlumatına görə, yeni sifariş məntəqələri şirkətin öz gücü hesabına açılacaq.

 

“Wildberries” – Rusiyada geyim, ayaqqabı, məişət və digər malların satışının həyata keçirildiyi beynəlxalq internet-mağazasıdır. Şirkət 2004-cü ildə yaradılıb.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

© İnterfaks

12 İyul 2018 , 17:29   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin