Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Naxçıvana Çin istehsalı avtobuslar gətirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Naxçıvana Çin istehsalı avtobuslar gətirilib


İyulun 12-də Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə 5 yeni avtobus təqdim olunub.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

 

Hazırda 6 avtobus Naxçıvan-Bakı və Naxçıvan-İğdır istiqamətində, 56 avtobus isə Naxçıvan şəhərində 8 marşrut xətti üzrə fəaliyyət göstərir. Yeni alınan avtobuslar Naxçıvan şəhərində sərnişindaşıma xidmətinin səviyyəsini daha da artıracaqdır. Mirsənani Seyidov nəqliyyatın inkişafına göstərdiyi qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Yeni avtobusların alınıb istifadəyə verilməsi də əhalinin rahat hərəkətinin təmin olunmasına, eləcə də sərnişindaşıma xidmətinin nümunəvi təşkilinə hesablanmışdır.

 

Ali Məclisin Sədri deyib: Ordubad Dəmiryol Stansiyasının istifadəyə verilməsi, yeni sərnişin qatarlarının alınıb gətirilməsi və bu gün müasir avtobusların təqdim olunması muxtar respublikada nəqliyyatın inkişafı sahəsində görülən işlərin davamıdır. Hazırda muxtar respublikada 139 marşrut xəttində 400-ə yaxın avtobusla sərnişindaşıma xidməti həyata keçirilir. Bütün bunlar da əhalinin rahat və təhlükəsiz hərəkətinin təmin olunmasına, istehsal etdikləri məhsulları vaxtında bazara çıxarmalarına imkan verir.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Məlumat verilib ki, yeni alınan “KİNG-LONG XMQ 52” (Çin) markalı 5 avtobusun hər biri 22-si oturacaq, 20-si ayaqüstü olmaqla 42 sərnişin yerlikdir. Şəhərdaxili yollarda hərəkət üçün xüsusi dizayn olunan avtobuslar mexaniki sürət qutusu ilə təchiz edilib. Dizel yanacağı ilə işləyən avtobusların mühərriki AVRO 4 standartına uyğundur. Avtobusların geniş salonunda sərnişinlərin rahatlığı nəzərə alınıb, havalandırma yeri və 9 siyirməli şüşə, eləcə də 2 elektron məlumat tablosu quraşdırılıb.

12.07.2018 16:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ