Amazon-un səhminin qiyməti rekord qırdı

ABŞ-ın elektron ticarət nəhəngi Amazon-un səhminin qiyməti rekord qırıb, şirkətin banisi və icraçı direktoru Cef Bezosun da sərvəti artıb.

 

"Marja" xəbər verir ki, Amazon-un səhmi Nyu-York Birjasında 2,4 faiz bahalaşaraq 1798 dollara qədər qalxıb.Bu nəticə ilə, Amazon-un səhminin qiyməti şirkət tarixində ən yüksək səviyyəyə çataraq rekord qırıb.
 

 Şirkətin bazar dəyəri də 20 milyard dollar artaraq 866,5 milyard dollara çatıb.
 
 

Amazon, 951 milyard dollar bazar dəyərinə malik Apple-dan sonra ABŞ-ın ən dəyərli ikinci şirkətidir.
 

 AŞAĞI FAİZLƏ 1 GÜNƏ KREDİT VERİLİR

 

Mütəxəssislər, Amazon-un internet üzərindən ildə bir dəfə keçirdiyi və bazar ertəsi günü başlayaraq 36 saat davam edəcək "Prima Day"ə işarə edərək, şirkətin səhmlərinə olan tələbatın artdığını bildirirlər.
 

Amazon-un "Prima" üzvlərinin milyonlarla məhsulu böyük endirimlər ilə ala bildiyi "Prima Day"də ötən il satışlar əvvəlki ilə nisbətən 60 faiz artmışdı.
 
 

BEZOSUN SƏRVƏTİ 3 MİLYARD DOLLAR ARTIB
 

Amazon-un səhminin bahalaşması ilə şirkətin təsisçisi və icraçı direktoru Cef Bezosun da sərvəti artıb.
 

Forbes-in Milyarderlər Siyahısına görə, Bezosun sərvəti bu gün 3,1 milyard dollar artaraq 147,5 milyard dollara çatıb. Beləliklə, dünyanın ən varlı adamı olan Bezos siyahıdakı yerini möhkəmləndirib.

13 İyul 2018 , 07:03   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin