Dünyanın ən ucuz avtomobili Nano artıq istehsal edilməyəcək

Dünyanın ən ucuz avtomobili Nano-nun istehsalı dayandırılır. 2008-ci ildə bazara çıxarılan və o vaxt 1500 dollardan satılan avtomobil iyun ayında yalnız 1 ədəd istehsal edilib. İstehsalçı Hindistanın "Tata Motors" şirkəti, tələbin sıfıra yaxınlaşması səbəbilə 2019-cu ilin əvvəlindən Nano-nun satışını dayandıracaq.



 
"Marja" xəbər verir ki, Nano dünyanın ən ucuz avtomobili kimi tanınır və Hindistan yollarındakı motosiklet qarışıqlığını aradan qaldırmaq məqsədilə bazara çıxarılmışdı.

 

10 il əvvəl bazara çıxarılan Nano üçün tələbatın kəskin aşağı düşdüyü bildirilir. Tata-nın məlumatlarına görə, keçən ilin iyun ayında 275 ədəd istehsal olunan Nano, bu ilin eyni ayında yalnız 1 ədəd istehsal edilib. İxracat isə 25 ədəddən 0-a düşüb.

 

4 qapılı və 600 - 650 kq arasında dəyişən çəkiyə malik, 2 silindrli 624 cc mühərrikə malik Nano avtomobili saatda 105 km sürətə çıxa bilir. 2008-ci ildə ilk dəfə bazara çıxarıldıqda 1500 dollardan satırdı.

 

 AŞAĞI FAİZLƏ 1 GÜNƏ KREDİT VERİLİR

 

Nano təhlükəsizlik mənasında "sinifdə qalıb". Testlərdə pis nəticə göstərməsi səbəbindən avtomobilə tələb yox səviyyəsindədir.
 

Mütəxəssislər, "xalqın avtomobili" də deyilən Nano-dan avtomobil sektorunun böyük dərslər çıxarması lazım olduğunu söyləyir.  Belə ki, təhlükəsizlik problemləri olması vəziyyətində, qiymətin ucuz edilməsinin heç bir fayda vermədiyi aydın görünür.

13 İyul 2018 , 07:16   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin