Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

FHN Ağsudakı güclü yanğınla bağlı məlumat yayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
FHN Ağsudakı güclü yanğınla bağlı məlumat yayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Fövqəladə Hallar Nazirliyi Ağsu rayonunun Bico kəndi yaxınlığındakı güclü yanğınla bağlı məlumat yayıb.

 

FHN-dən  verilən xəbərə görə, 12.07.2018-ci il tarixində saat 14:30 radələrində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Bico kəndi (Ağsu RDYMH-dən 19 km uzaqlıqda) yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

 

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) canlı qüvvə və texnikası yanğının söndürülməsi işlərinə cəlb edilib.

 

Yanğının yüksəkgərginlikli elektrik hava xətlərinin yaxınlığında baş verməsi yanğının söndürülməsində çətinliklər yaradıb. Yanğın sürətlə geniş ərazilərə yayıldığından qonşu rayonlardan da Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) canlı qüvvə və texnikası, Mülkü Müdafiə Qoşunlarının (MMQ) müvafiq qüvvələri, Aviasiya dəstəsinin “Be-200 ÇS” amfibiya təyyarəsi və "Mi-17" yanğınsöndürmə helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

 

Yanğının söndürülməsinə 15 texnika, 80 nəfər canlı qüvvə cəlb edilib.

 

Həyata keçirilmiş operativ tədbirlər nəticəsində qısa müddətdə bu istiqamətdə yanğının yüksəkgərginlikli elektrik hava xətlərinə yaxınlaşmasının qarşısı alınıb.

 

Yanğın nəticəsində 400 ha sahədə biçilmiş taxıl sahəsi, quru ot və kol-kos yanıb.

 

Yanğın saat 21:03-də söndürülüb.

 

Yanğından yaxınlıqdakı əkin sahələri və digər ərazilər mühafizə olunub.

 

Yanğınsöndürmə işlərinə Ağsu rayonu İcra Hakimiyyətinin müvafiq qüvvələri və yerli əhali də cəlb edilib.

 

DYMX-nın yanğın bölmələri və MMQ-nın müvafiq qüvvələri tərəfindən ərazidə növbətçilik aparılır.


 

Azərbaycanda elektrik enerjisi təchizatı tam bərpa edilib

 

Bu barədə Azərişıq” ASC-nin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.  

 

“Sistemdə baş vermiş qəza ilə əlaqədar tətbiq olunmuş məhdudiyyət aradan qaldırılmış və 100% ölkə boyu elektrik enerjisi təchizatı bütün istehlakçılara saat 20.20-dən etibarən tam bərpa edilib”, - deyə məlumatda qeyd edilir.

13.07.2018 06:16

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ