Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Norm”un qazancı 115 dəfə artdı – SATIŞINDA REKORD

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Norm”un qazancı 115 dəfə artdı – SATIŞINDA REKORD

Azərbaycanda ən böyük sement istehsalçısı “Norm” MMC 2017-ci ili 34 milyon 689 min manat xalis mənfəətlə başa vurub.

 

“Marja” MMC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, 2016-cı illə müqayisədə ötən il “Norm”un xalis mənfəəti 115 dəfə artıb. Şirkət 2016-cı ildə cəmi 302 min manat xalis mənfəət əldə etmişdi.

 

2016-cı illə müqayisədə ötən il “Norm” sementinin satışı 50%-ə yaxın artaraq 126 milyon 272 min manat təşkil edib. İstehsalçı 2016-cı ildə 85 milyon 992 min manatlıq sement satmışdı. Ötən ilki gəlir MMC-nin tarixində ən yüksək illik satış gəliridir.

 

Satış 50% artsa da, satışın maya dəyəri 21% artıb və ya 2016-cı ildə 62 milyon 551 min manat təşkil etmiş satışın maya dəyəri 2017-ci ildə 75 milyon 693 min manat olub.

 

Həm satış artdığından, həm də xərclər azaldığından “Norm” MMC-nin əməliyyat mənfəəti artıb. 2016-cı ildə 11 milyon 295 min manat təşkil etmiş əməliyyat mənfəəti 2017-ci ildə 38 milyon 544 min manata yüksəlib. Digər maliyyə xərcləri çıxıldıqdan sonra 34 milyon 731 min manat mənfəət qalıb. MMC ötən il cəmi 42 min manat mənfəət vergisi ödəyib.

 

Qeyd edək ki, MMC 2015-ci ili 29 milyon 423 min manat zərər ilə bağlamışdı. Həmin il “Norm”un gəlirləri 101 milyon 379 minmanat təşkil etsə də, devalvasiya zavodu böyük məbləğdə zərərə salmışdı. İstehsalçı 2016-cı ildə toparlanmışdı.

 

31 Dekabr 2017-ci il tarixində “Norm” MMC-nin cəmi aktivləri 234 milyon 888 min manat təşkil edib.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Azərbaycanda tikinti materiallarının istehsalı artır. İnşaat işlərinin artması, xüsusilə pilot layihələrin həyata keçirilməsi tikinti materiallarına tələbi artırıb. Digər tərəfdən, ötən illər ərzində “Norm ” MMC satış işini təkmilləşdirib, müştərilər və ustalar ilə sıx əlaqələr qurmağı bacarıb.

İl

Satış

Xalis mənfəət/-Xalis zərər

 

-

-1 milyon 955 min manat

2010

-

-3 milyon 24 min manat

2011

-

-3 milyon 201 min manat

2012

-

-3 milyon 758 min manat

2013

2 milyon 618 min manat

-8 milyon 162 min manat

2014

51 milyon 880 min manat

713 min manat

2015

101 milyon 379 min manat

-29 milyon 428 min manat

2016

85 milyon 992 min manat

302 min manat

2017

126 milyon 272 min manat

34 milyon 689 min manat

 

13.07.2018 06:51

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ