Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Paşinyan: "Azərbaycan prezidenti ilə görüşə dair danışıq aparılmır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Paşinyan: "Azərbaycan prezidenti ilə görüşə dair danışıq aparılmır"

“Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşünü dönüş nöqtəsi hesab etmirəm”.

 

Ermənistan KİV-lərinin verdiyi xəbərə görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel hava limanında jurnalistlərin XİN rəhbərlərinin görüşündən sonra müəyyən dinamikanın və ya dəyişikliyin olub-olmaması barədə suala cavab verərkən deyib.   

 

“Görüş, təmas olub, mahiyyətcə, bu mövzuda ilk təmasdır və birinci görüşdən hər-hansı nəticə gözləmək düzgün deyil. Görüşün özü tanışlıq, ünsiyyət baxımından əhəmiyyətlidir”, - deyə Paşinyan qeyd edib. 

   

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Azərbaycan prezidenti İlham Əliyevlə mümkün görüşə gəlincə, N.Paşinyan bu mövzuda heç bir danışıq aparılmadığını bildirib.  

 

AZƏRBAYCANA İFTİRA ATIB

 

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə Azərbaycana qarşı iddialarla çıxış edib.Jurnalistlərin suallarını cavablandıran N.Paşinyan Azərbaycanı Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına hazırlaşmadığını, əksinə aqressivlik nümayiş etdirdiyini deməklə bir daha iftira söyləyib. 


Azərbaycanın son vaxtlar keçirdiyi hərbi təlimləri nəzərdə tutan baş nazir bildirib ki, Ermənistan hadisələrin istənilən inkişafına hazır olmalıdır.

 

“Ermənistan və Azərbaycan XİN başçılarının görüşündən sonra danışıqlarda müəyyən dinamika varmı” sualına Paşinyan bu görüşün tanışlıq xarakteri daşıdığını və onu dönüş nöqtəsi hesab etmədiyini bildirib.

 

“Birinci görüşdən nəticə gözləmək düzgün deyil.Ermənistan və Azərbaycan XİN rəhbərlərinin bu görüşünü dönüş nöqtəsi hesab etmirəm”.

13.07.2018 07:12

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ