Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Saxta əlillik təyinatları barədə qərarlar dərhal ləğv edilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Saxta əlillik təyinatları barədə qərarlar dərhal ləğv edilir

Əlilliyin qiymətləndirilməsi və reabilitasiya sisteminin təkmilləşdirilməsi məqsədilə 2018-ci ilin may ayının əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış İşçi Qrupu tərəfindən aparılan araşdırmaların ilkin nəticələrinə əsasən, cari ilin birinci rübündə risk qrupu xəstəlikləri ilə əlaqədar yalnış əlillik təyinatları barədə qərarlar dərhal ləğv edilməklə, bu şəxslərə yönələn pensiya, müavinət və təqaüd ödənişləri dayandırılıb və onlara  ödənilmiş vəsaitin dövlət büdcəsinə bərpası üçün təxirəsalınmaz tədbirlər görülüb.

 

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd olunan İşçi Qrupun növbəti iclasında diqqətə çatdırıb. Nazir bildirib ki, araşdırmalar davam etdirilir və İşçi Qrupu artıq cari ilin ikinci rübü üzrə aparılmış əlillik təyinatları üzrə araşdırmaya başlayıb.

 

İclasda S.Babayev əlilliyin qiymətləndirilməsi sisteminin tam şəffaflaşdırılması, saxta əlillik təyinatlarının qarşısının alınması, eyni zamanda, əlillik təyinatında bir sıra hallarda özünü göstərən subyektivlik və süründürməçilik hallarının aradan qaldırılması üçün sistemli işlərin davam etdirildiyini vurğulayıb.

 

Nazir qeyd edib ki, həmçinin mövcud normativ-hüquqi aktlarda süründürməçiliyə və məmur subyektivliyinə zəmin yaradan boşluqların aşkar edilərək aradan qaldırılması, əlillik təyinatlarında ünvanlılığın təmin olunması məqsədilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”na əlavə və dəyişikliklər üzrə təkliflər paketi hazırlanır. Əlillik təyinatının əmək qabiliyyətinin itirilmə faizi əsasında aparılması ilə əlaqədar müasir dünya təcrübəsi öyrənilir və milli səviyyədə tətbiqi məsələləri araşdırılır.

 

S.Babayev əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin strukturunun təkmilləşdirilməsi məqsədilə Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində görülən işləri diqqətə çatdırıb. O bildirib ki, mövcud informasiya sistemlərindən və bazalarından istifadə edilməklə müxtəlif araşdırmaların aparılması və əlillik təyinatı üçün göndərilən hər bir xəstəyə dair ən azı 3 illik dövr üzrə xəstəlik tarixçəsinin elektronlaşdırılması, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu resursa çıxışının təmin edilməsi istiqamətində birgə fəaliyyət müstəvisində kompleks işlər aparılır. 

 

İclasda “Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiya”nın tələblərinə uyğun olaraq əlillik üzrə sosial modelin prinsiplərini özündə ehtiva edən “Fərdi reabilitasiya proqramın”ın İşçi Qrupu tərəfindən hazırlanmış layihəsi müzakirə olunub. Daha sonra  bərpa və reabilitasiya sisteminin təkmilləşdirilməsi üzrə nazir tərəfindən verilmiş tapşırıqların icrası üzrə İşçi Qrupun məruzəsi dinlənilib.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Əlilliyin təyin olunması sahəsində şəffaflığın təmin edilməsi, saxta əlillik təyinatlarının qarşısının alınması, sistemin təkmil əsaslarla qurulması üçün inzibati və sistem xarakterli tədbirlər üzrə görülmüş işlər, hazırlanmış təkliflər ətraflı müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

13.07.2018 08:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ