Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Kapital Bank”ın gəlirləri və xalis mənfəəti artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Kapital Bank”ın gəlirləri və xalis mənfəəti artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Kapital Bank” ASC 2018-ci ilin birinci yarısını 41 milyon 673 min manat xalis mənfəətlə başa vurub.

 

Reklam_3_11

Bank 2018-ci ilin 1-ci rübündə 22 milyon 262 min manat, 2-ci rübündə isə 19 milyon 411 min manat xalis mənfəət əldə edib.

 

“Marja” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, ötən ilin birinci yarısı ilə müqayisədə “Kapital Bank”ın xalis mənfəəti 2,2% artıb. Belə ki,“Kapital Bank” ASC 2017-ci ilin 1-ci yarısını 40 milyon 758 min manat xalis mənfəət ilə başa vurmuşdu.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

2018-ci ilin yanvar-iyun dövründə ,“Kapital Bank”ın faiz gəlirləri 150 milyon 657 min manat, qeyri-faiz gəlirləri 70 milyon 575 min manat təşkil edib. 2017-ci ilin yanvar-iyun dövründə Bankın faiz gəlirləri 132 milyon 608 min manat, qeyri-faiz gəlirləri 63 milyon 783 min manat təşkil etmişdi. Beləliklə, Bankın faiz gəlirləri 13,6%, qeyri faiz gəlirləri isə 10,6% azalıb.

 

EHTİYATLARA AYIRMA 2 DƏFƏ ARTIB

 

Bank 6 ay ərzində aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına  54 milyon 74 min manat ayırıb. Ötən ilin 6 ayında bu məbləğ 27 milyon 261 min manat təşkil etmişdi.

 

Xərclər və ehtiyatlara ayırmadan sonra vergilər ödənilənədək mənfəət 52 milyon 905 min manat təşkil edib. “Kapital Bank” 11 milyon 231 min manat mənfəət vergisi ödəyib.

 

“Kapital Bank” ASC-nin audit olunmuş hesabatına görə, Bank 2017-ci ili 112 milyon 407 min manat xalis mənfəət ilə başa vurub. Yerli standartlar əsasında hazıranmış rüblük hesabatda qeyd edimişdi ki, Bank 2017-ci ili 94 milyon 839 min manat xalis mənfəətlə başa vurub.

 

MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB

 

30 İyun 2018-ci il tarixində Kapital Bank 3 milyard 573 milyon manat cəmi aktivlərə, o cümlədən 1 milyard 318 milyon manat kredit portfelinə malik olub. Bank ötən ilin sonunda 3 milyard 184 milyon manat cəmi aktivlərə, o cümlədən 1 milyard 244 milyon manat kredit portfelinə malik idi. 6 ay ərzində xalis kreditlər 1 milyard 88 milyon manatdan 1 milyard 114 milyon manata qalxıb.

13.07.2018 09:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ