İstirahət mərkəzləri cərimələnib
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Marja"ya verilən məlumata görə, iyulun 12-də bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində Xaçmaz rayonunun Şimali kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl etmədikləri üçün “Əlincə” istirahət mərkəzinin icarədarı V. Heydərov və “Sanset” istirahət mərkəzinin icarədarı R. Hüseynov barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə, su obyektlərinin çirklənməsi və zibillənməsinə görə isə “Bulaq” istirahət mərkəzinin müdiri M.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 264-cü maddəsi ilə protokollar tərtib edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 d. əvvəl
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
-
9 d. əvvəl
2024-cü ilin 1-ci rübü üzrə elektrik enerjisi göstəriciləri açıqlanıb
-
32 d. əvvəl
Azərbaycanda müştərilərə kredit ayrılması prosesi psixoloji testlərdən keçiriləcək
- 41 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AQTA “ekspertlər” barəsində hüquq-mühafizə orqanlarına müraciət edəcək