Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Kapital Bank”ın səhmdarları növbədənkənar yığışacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Kapital Bank”ın səhmdarları növbədənkənar yığışacaq

4 aprel 2017-ci il saat 11:00-da İzmir Plazada (İzmir küçəsi 23/25) Bankın Səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək.

 

Reklam_3_11

Bankın saytında verilən məlumata görə, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

 

-“Kapital Bank” ASC-nin Nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi

-“Səhmdarların ümumi yığıncağının çağrılması və keçirilməsi Qaydaları”nın təsdiq edilməsi

-“Hesablama Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi

-“Kapital Bank” ASC-nin Müşahidə Şurasının Əsasnaməsinə əlavə və dəyişikliklərin edilməsi

-“Kapital Bank” ASC-nin Müşahidə Şurasının tərkibində dəyişikliklərin edilməsi

-“Kapital Bank” ASC-nin 2016-cı ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması

-“Kapital Bank” ASC tərəfindən 2016-cı ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi

-Digər məsələlər

 

“Kapital Bank” ASC-nin səhmlərinin 99.87%-i "Paşa Holdinq"-ə aiddir. Bankın nizamnamə kapitalı 185 mln. AZN-dir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur.

08.02.2017 08:57

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ