Ən yuxarı (mobil)-2_30

"Atəşgah Sığorta"nın növbəti dəfə ödənişdən yayındığı iddia edilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Atəşgah Sığorta"nın növbəti dəfə ödənişdən yayındığı iddia edilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Atəşgah Sığorta" ASC-nin növbəti dəfə avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına görə həyata keçirməli olduğu sığorta ödənişindən yayındığı bildirilir.

 

Bu barədə müraciətində Bakı şəhər sakini İlqar Hüseynov bildirib. 

 

Şikayətçinin sözlərinə görə, bu il iyunun 27-də etibarnamə ilə idarə etdiyi "Toyota Prado" markalı minik avtomobili paytaxtın Heydər Əliyev prospektində VAZ-2109 markalı başqa bir maşın tərəfindən vurulub. Hadisə yerinə qarşı tərəfin icbari sığortaçısı olan "Atəşgah Sığorta"nın əməkdaşları gəliblər. 

 

"Avtomobilə 480 manatlıq ziyan dəysə də, şirkətdən 218 manat ödəniləcəyini bildirdilər. Məcbur olub bu məbləğə razılaşdıq. Amma hələ də, "Atəşgah Sığorta" pulu ödəməyib. Hər gün şirkətə zəng edirəm. Əməkdaşlar əksər hallarda telefona cavab vermirlər. Baş ofisə gedəndə isə araşdırma aparıldığını bildirirlər. Bir sözlə, süründürməçilikdir", - deyə İ.Hüseynov qeyd edib. 

 

"Atəşgah Sığorta"nın baş ofisinə avtomobillə gedib-gəlməyə çəkdiyi xərc artıq şirkətdən almalı olduğu pula bərabərdir. Azərbaycanda bu qədər bərbad xidmət göstərən, müştəri məmnuniyyəti aşağı olan sığortaçı yəqin ki, tapılmaz", - deyə şikayətçi fikrini yekunlaşdırıb. 

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

© "Report"

13.07.2018 11:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ