Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İranın neft hasilatı 22 min barel azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İranın neft hasilatı 22 min barel azalıb

 
İranın neft hasilatının iyun ayında gündəlik 22 min barel azaldığı bildirilib.
 

"Marja" xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq Neft Bazarı Hesabatına görə, İranın keçən aykı neft hasilatı may ayı ilə müqayisədə gündəlik 22 min 700 barrel azalıb.
 

İranın may ayındakı neft hasilatı gündəlik 3 milyon 822 min ikən, iyunda 3 milyon 799 min barrelə düşüb.
 

Səudiyyə Ərəbistanı hasilatını 405 min barrel artırıb
 

OPEC-in üzvü olan ölkələrin ümumi hasilatı isə iyunda 173 min barel artımla sutkada 33 milyon 327 min barel olub. OPEC ölkələrindən ən yüksək istehsalı 10 milyon 420 min barellə Səudiyyə Ərəbistanı həyata keçirib. Səudiyyə Ərəbistanı, may ayı ilə müqayisədə neft hasilatını 405 min barrel artırıb.
 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Səudiyyə Ərəbistanından sonra ən çox neft istehsal edən OPEC ölkəsi isə İraq olub. İraq, iyun ayında gündəlik 4 milyon 533 min barrel neft istehsalı həyata keçirib.


 
 ABŞ nüvə müqaviləsindən çıxmasının ardından İranın neft ixracına sanksiyalar tətbiq edəcəyini açıqlamışdı. Səudiyyə Ərəbistanı da neft bazarında yaranacaq boşluğu istehsalını artıraraq dolduracağını bəyan etmişdi.

13.07.2018 20:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ