Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Sığortada pulların 90%-ə yaxını 8 şirkətin kassasına axır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sığortada pulların 90%-ə yaxını 8 şirkətin kassasına axır

“PAŞA Həyat Sığorta” şirkəti 2018-ci ilin I yarısında sığorta haqlarının yığımına görə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında lider olub.

 

Reklam_3_11

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatında deyilir.

 

Hesabat dövründə “PAŞA Həyat Sığorta” 144 mln. 614 min manat və ya yanvar-iyun aylarında bütün sığorta şirkətlərinin əldə etdiyi sığorta haqlarının 36,5%-i həcmində sığorta haqqı toplayıb.

 

“PAŞA Həyat Sığorta” həyat sığortası seqmentində əldə edilmiş sığorta haqlarının həcminə görə də lider olub. İkinci yerdə "Atəşgah Həyat" (28 mln. 165,7 min manat), üçüncü yerdə "Qala Həyat Sığorta" (7 mln. 452,6 min manat) qərarlaşıb.

 

Cari ilin yanvar-iyun aylarında qeyri-həyat sığortası seqmentində "PAŞA Sığorta" şirkəti sığorta haqlarının yığım həcminə (83 mln. 362,8 min manat) görə lider olub.

 

Hesabat dövründə bu seqmentdə toplanmış sığorta haqlarının həcminə görə aparıcı sığorta şirkətlərinin beşliyinə "Azərsığorta" (34 mln. 912,4 min manat), "Atəşgah" (19 mln. 698,6 min manat), “Meqa Sığorta” (15 mln. 23,4 min manat) və "AtaSığorta” (10 mln. 355,5 min manat) daxil olub.

 

Hesabat dövründə sığortaçıların bütün sığorta haqlarının 86,7%-i və ya 343 mln. 585 min manat bu 8 şirkətin payına düşüb.

 

I yarımillikdə sığorta şirkətləri arasında ən çox ödəniş “PAŞA Həyat Sığorta” şirkəti tərəfindən həyata keçirilib. Şirkətin ödənişlərinin həcmi 31 mln. 646,6 min manat və ya sığortaçıların bütün ödənişlərinin 26,5%-ni təşkil edib.

 

“PAŞA Həyat Sığorta” şirkəti həyat sığortası seqmentində ödənişlərin həcminə (17 mln. 926,6 min manat) görə də lider olub. Bu seqmentdə ödənişlərin həcminə görə ikinci yerdə "Atəşgah Həyat" (9 mln. 658,3 min manat), üçüncü yerdə "Qala Həyat Sığorta" (9 mln. 439,6 min manat) qərarlaşıb.

 

“PAŞA Sığorta” şirkəti qeyri-həyat sığortası seqmentində də ödənişlər üzrə lider olub (25 mln. 459,7 min manat).

 

Hesabat dövründə bu seqmentdə həyata keçirilən ödənişlərin həcminə görə aparıcı sığorta şirkətlərinin beşliyinə "Atəşgah" (9 mln. 658,3 min manat), "Azərsığorta" (7 mln. 853,1 min manat), “AXA-Mbask” (4 mln. 689,4 min manat) və “AzSığorta” (4 mln. 175,5 min manat) daxil olub.

 

Hesabat dövründə sığortaçıların bütün ödənişlərinin 86,1%-i və ya 102 mln. 680,9 min manat bu 8 şirkətin payına düşüb.

 

2018-ci il iyul ayının sonuna bazarda fəaliyyət göstərən 21 şirkət sığorta fəaliyyəti ilə məşğul olmaq lisenziyaya malikdir.

 

2018-ci ilin yanvar-iyun ayları üzrə hesablanmış  sığorta haqları və sığorta ödənişləri haqqında
M  Ə  L  U  M  A  T 

(təcili məlumatlar əsasında)

   

(min manatla)

Sığortaçının adı

 Sığorta Haqları

Sığorta Ödənişləri

1

“Amrah Sığorta” ASC

145,9

27,2

2

“A-Qroup Sığorta Şirkəti” ASC

3 307,0

3 614,5

3

“AtaSığorta” ASC

10 355,5

3 960,6

4

“Atəşgah Həyat” Sığorta Şirkəti ASC

28 165,7

9 658,3

5

“Atəşgah” Sığorta Şirkəti ASC

19 698,6

9 758,7

6

“AXA MBASK” Sığorta Şirkəti ASC

9 654,8

4 689,4

7

Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti

34 912,4

7 853,1

8

“Azərbaycan Sənaye Sığorta” ASC

3 998,2

992,2

9

“AZSIĞORTA” ASC

8 740,7

4 175,5

10

“Bakı Sığorta” ASC

486,4

135,0

11

“Günay Sığorta” ASC

3 332,2

1 563,0

12

“İpək Yolu Sığorta” ASC

7 721,3

914,4

13

“Meqa Sığorta” ASC

15 023,4

1 506,8

14

"Naxçıvansığorta" ASC

127,5

3,3

15

“Paşa Həyat Sığorta” ASC

144 614,0

31 646,6

16

“Paşa Sığorta” ASC

83 362,8

25 459,7

17

“Qala Həyat” Sığorta Şirkəti ASC

7 452,6

9 439,6

18

“Qala Sığorta” ASC

7 435,0

687,5

19

“Rəvan Sığorta” ASC

686,5

150,7

20

“Standard Insurance” ASC

3 868,2

1 607,1

21

“Xalq Sığorta” ASC

3 282,6

1 460,2

YEKUN

396 371,32

119 303,42

13.07.2018 21:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ