Ən yuxarı statik reklam_3

Kombayn çatışmazlığına və məhsul itkisinə baxmayaraq taxıl istehsalı artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kombayn çatışmazlığına və məhsul itkisinə baxmayaraq taxıl istehsalı artıb

İyulun 1-i vəziyyətinə qarğıdalı da daxil olmaqla 1 milyon 806,2 min ton (keçən il 1 milyon 393,6 min ton) payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər (taxıllar) yığılmışdır. Bu barədə “Marja”ya Dövlət Statistika Komitəsindən bildirilib.

 

Qeyd edək ki, bu il fermerlər kombayn tapa bilmədiklərindən və məhsulun sahədə məhv olduğundan şikayətlənirdilər.

 

İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN

 

Ölkədə əsas bitkiçilik məhsullarının yığımı davam edir və 2018-ci il iyul ayının 1-nə kimi tarlalardan 304,3 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 6,9 faiz çox kartof, 593,3 min ton (5,8 faiz çox) tərəvəz, 39,9 min ton (10,0 faiz az) bostan məhsulları, 103,5 min ton (7,3 faiz çox) meyvə və giləmeyvə, 975,1 ton (8,2 dəfə çox) tütün, 360,7 ton (10,5 faiz çox) yaşıl çay yarpağı yığılmışdır.

 

İSTİXANALAR ARTIR

 

2018-ci il iyul ayının 1-nə ölkədə ümumi sahəsi 1,3 min hektar olan 2907 vahid istixana fəaliyyət göstərmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istixanaların ümumi sayında 4,2 faiz, onların sahəsində isə 6,8 faiz artım olmuşdur. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında istixanalarda yetişdirilən əsas məhsullardan olan pomidorun istehsalı 4,3 faiz artaraq 173,1 min ton, xiyarın istehsalı isə 2,7 faiz artaraq 7,8 min ton olmuşdur.

14.07.2018 04:51

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ