Ən yuxarı statik reklam_3

Bəzi rayonlarda şimşək çaxacaq, yağış yağacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bəzi rayonlarda şimşək çaxacaq, yağış yağacaq

İyulun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, havanın temperaturu gecə  25-27°, gündüz  32-36°, Bakıda  gecə 25-27°, gündüz 33-35° isti təşkil edəcək.

 

Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunu təşkil edəcək.

 

Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45% olacaq.

 

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu  26-27° isti təşkil edəcək.

 

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 27-28° isti təşkil edəcək.

 

Arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar ETSN çimərliklərə üz tutanlara ehtiyatlı olmağı tövsiyə edir.

 

Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27°, gündüz 36-41° isti, dağlarda gecə 14-19°, gündüz  25-30° isti təşkil edəcək.

14.07.2018 11:31

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ