Gəncədəki hadisələri Sumqayıtda təkrarlamağı planlayırmışlar - 18 NƏFƏR SAXLANIB
Bu gün Sumqayıt şəhərində hüquq-mühafizə orqanları qətiyyəti və peşəkarlıqla həyata keçirdiyi əməliyyat nəticəsində radikal dini qrupların və onlara dəstək verən radikal müxalifət tərəfdarlarının 18 əsas fəalı saxlanılıb.
Hüquq mühafizə orqanlarından verilən məlumata görə, əsasən xaricdən idarə olunan fəallar Gəncədə baş vermiş hadisələri Sumqayıt şəhərində təkrarlamaq, iğtişaş və qarşıdurma yaratmaq yolu ilə şəhərdə ictimai-siyasi sabitliyi pozmağı planlayırmışlar.
Onların fəaliyyəti barədə hüquq-mühafizə orqanlarına daxil olan məlumatlar əsaslı şəkildə təhlil edilib, müvafiq tədbirlər vasitəsilə radikalların əlaqələri təsbit olunmuş və planları tam aşkara çıxarılıb, məhz bundan sonra saxlama tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilib.
Hüquq mühafizə orqanlarından hazırda əməliyyatın davam etdiyi bildirilib.
Xatırladaq ki, hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev bu hadisələrlə əlaqəsi olan hər bir kəsin məsuliyyətə cəlb olunacağı və ədalət məhkəməsi qarşısında cavab verəcəyi barədə xəbərdarlıq etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
6 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
6 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
7 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
7 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 7 saat əvvəl
-
8 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
8 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 8 saat əvvəl
- 8 saat əvvəl