Sabaha olan hava proqnozu açıqlanıb
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 9-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Yarımadanın bəzi ərazilərində sulu qara keçəcəyi ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu Abşeronda gecə 0-3° isti, gündüz 3-6° isti, Bakıda gecə 1-3° isti, gündüz 3-5° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 %, təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, fevralın 9-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi, meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.
Azərbaycanın rayonlarında arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
23 d. əvvəl
"Biz ölkənin ən böyük müştəri bazasına malik bankıyıq" - MÜSAHİBƏ
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezidentlər dağıdılmış yerlərə baxıb, Baş planlar ilə tanış olublar
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- 4 saat əvvəl
- 4 saat əvvəl