Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Agentlik: Kəsim məntəqələri yaratmaq istəyən sahibkarlara bütün köməkliklər göstəriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Agentlik: Kəsim məntəqələri yaratmaq istəyən sahibkarlara bütün köməkliklər göstəriləcək

AQTA yeni heyvan kəsimi məntəqələrinin yaradılması üçün sahibkarlara müraciət etdi


 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida zəncirinin bütün mərhələlərində iştirak edən hər bir sahibkarlıq subyektinin qida təhlükəsizliyinin təmin olunması prosesində iştirakına yüksək qiymət verir.

 

Agentlik ölkə ərazisi üzrə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir stasionar, modul və mobil tipli heyvan kəsimi məntəqələrini yaratmaq istəyən sahibkarları əməkdaşlığa dəvət edir. Bildirilir  ki, heyvan kəsimi sahəsində mövcud tələblərə uyğun fəaliyyət göstərmək istəyən hər bir sahibkarlıq subyektinə Agentlik tərəfindən lazım olan bütün köməkliklər göstəriləcək, metodiki xarakterli peşəkar yardım olunacaqdır.

 

Qida Təhlükəsizliyi Agentliyi bir daha bəyan edir ki, heyvan mənşəli qida məhsulları və onların istifadəsi qida zəncirində yüksək risk qurupuna daxildir və bu sahədə hər hansı fəaliyyət yalnız qanunvericiliyin tələbləri çərçivəsində mümkündür.

15.07.2018 18:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ