Dünya Çempionatının qalibi məlum oldu

Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının qalibi Fransa komandası olub. 

 

"Lujniki" stadionunda Fransa və Xorvatiya milli komandaları arasında turnirin final matçı keçirilib. Oyunda hesabı Fransa yığması açıb.

 

Matçın 18-cı dəqiqəsində xorvat Mancukiç avtoqola imza atıb.

 

Hesabda geri düşən Xorvatiya yığması  10 dəqiqə sonra, 28-ci dəqiqədə hesabı bərabərləşdirib. Bu dəfə Perşiç fərqlənib.

 


38-ci dəqiqədə fransızlar yenə hesabda önə keçiblər. Bu dəfə Qrizman 11 penaltini dəqiqliklə yerinə yetirib.

 

Fasiləyə Fransa yığması 2-1 hesabla qalib yollanıb.

 

Matçın ikinci hissəsində, 59-cu dəqiqədə Poqba hesab fərqini ikiyə qaldırıb. 65-ci dəqiqədə fransızlar Mbappenin qolu ilə hesabı 4-1 ediblər. 69-cu dəqiqədə Xorvatlar hesab fərqini 2 topa endiriblər. Bu dəfə Mancukiç fərqlənib.    

 

Hakim matçın sonuna 5 dəq əlavə edib. Lakin bu vaxt ərzində heç bir qol olmayıb. Beləlik Fransa 20 il sonra yenidən Dünya Çempionu titulunu qazanıb.

 

1 GÜNƏ KREDİT ALIN!

 

DÇ-2018

Final

15 iyul

Fransa – Xorvatiya - 4:2

Qollar: Mancukiç, 18 (avtoqol), Qrizman, 38 (pen.), Poqba, 59, Mbappe, 65 - Perişiç, 28, Mancukiç, 69

Hakim: Nestor Pitana (Argentina)

Moskva. “Lujniki” stadionu

15 İyul 2018 , 20:59   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin