Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Daha bir qlobal bank Dolların 5 TL-ni aşacağını gözləyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daha bir qlobal bank Dolların 5 TL-ni aşacağını gözləyir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Böyük Britaniya bankı "Barclays"a görə, Dollar/TL (Türk Lirəsi) məzənnəsi bu ilin son rübündə 5 səviyyəsini görəcək (Dollar 5 Türk Lirəsinə qalxacaq).
 

"Marja" xəbər verir ki, "Barclays", bu ilin üçüncü rübünün sonunda Dollar/TL məzənnəsinin 4,95 səviyyəsində olacağını proqnozlaşdırıb. Bankın proqnozlarına görə, ilin sonunda isə Dollar/TL 5,10 səviyyəsində olacaq.
 

1 GÜNƏ KREDİT ALIN!

 

Bank, Dollar/TL məzənnəsinin 2019-cu ilin ilk iki rübündə də yüksələcəyi fikirindədir. Gələn ilin ilk rübünün sonunda məzənnənin 5,15 olacağını proqnozlaşdıran bank, ilin ikinci rübünün sonunda isə Dollar/TL-nin 5,25 səviyyəsinə qalxacağını təxmin edib.
 

Ötən həftənin Cümə günü Dollar/TL 4,9743 ilə rekord yeniləyib. 

 

ABŞ BANKI DA 5 SƏVİYYƏSİNİ AŞACAĞINI PROQNOZLAŞADIRIR

 

ABŞ-ın investisiya bankı "Morgan Stanley" ilin son rübündə Dollar/TL (Türk lirəsi) məzənnəsinin 5 səviyyəsini aşacağını nəzərdə tutur.
 

Türkiyədəki seçkilərdən sonra ilk Dollar/TL proqnozlarını açıqlayan bankın proqnozlarına görə, bu ilin üçüncü rübünün sonunda Dollar/TL məzənnəsi 4,90 səviyyəsində olacaq. Bankın qiymətləndirmələrinə görə, ilin 4-cü rübünün sonunda isə Dollar/TL 5,05 lirə olacaq. Bank bu proqnozları ilə seçkilərdən sonra Dollar/TL proqnozları açıqlayan qurumlar arasında 5 səviyyəsini ilk tələffüz edən qurum olub.
 

Bankın qiymətləndirmələrinə görə, 2019-cu ildə Dollar/TL məzənnəsi mərhələli olaraq geri çəkiləcək. Bank 2019-ci ilin ilk rübünün sonunda məzənnəni 5 səviyyəsində, ilin ikinci rübündə isə 4,85 səviyyəsində reallaşmasını gözləyir. 2019-cu ilin sonunda isə bank yenidən 5 səviyyəsini nəzərdə tutur.

 

ALMANİYA BANKI DA 5 SƏVİYYƏSİNİ GÖZLƏYİR

 

Almaniya bank "Commerzbank" seçkilərdən sonra yaydığı ilk Dollar/TL proqnozlarında məzənnənin mərhələli olaraq yüksələcəyini proqnozlaşdırıb.


Bankın təxminlərə görə, bu ilin üçüncü rübünün sonunda Dollar/TL məzənnəsi 4,60 səviyyəsində olacaq. İlin son rübündə isə məzənnə 4,70 səviyyəsinə qalxacaq.
 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN


Bank 2019-ci ildə də məzənnənin mərhələli yüksəlişinin davam etməsini təxmin edir. Növbəti ilin ilk rübünün sonunda məzənnə 4,75 səviyyəsinə qalxacaq, ikinci rübün sonunda isə məzənnə 4,85 səviyyəsində olacaq. Bank 2019-cu ilin sonunda isə dolların 5 lirəyə qalxacağını proqnozlaşdırır.

16.07.2018 07:15

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ