Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İranlı həkimlər Azərbaycan xəstəxanalarında əhaliyə xidmət göstərə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
İranlı həkimlər  Azərbaycan xəstəxanalarında əhaliyə xidmət göstərə bilər

İran ilə Azərbaycan arasındakı qarşılıqlı etimad və müxtəlif sahələr üzrə əlaqələrin inkişafı hər iki xalqın maraqlarına cavab verir.

 

Bu sözləri müsahibəsində İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Həsən Haşimi Qazizadə Azərbaycana səfərinin yekunları haqqında danışarkən deyib. O bildirib ki, Azərbaycanda keçirdiyi görüşlər çox səmərəli olub. Səhiyyə sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı üçün böyük imkanlar var. Azərbaycanın səhiyyə naziri ilə keçirilən görüşdə qərara alındı ki, Pirallahı qəsəbəsində birgə əczaçılıq zavodunun inşası sürətləndirilsin.

 

Nazir deyib ki, tibbi xidmətlərlə bağlı da fikir mübadiləsi aparılıb və Azərbaycanda xəstəxana tikilməsi məsələsi müzakirə edilib. Eyni zamanda, iranlı həkimlərin Azərbaycanın müxtəlif xəstəxanalarında əhaliyə xidmət göstərməsi məsələsinə də toxunulub. Bununla yanaşı, iranlı və Azərbaycanlı həkimlərin birgə konfranslar təşkil edib təcrübə mübadiləsi aparmaları haqqında razılıq əldə olunub.

 

İranlı nazir Bakıda çox yüksək səviyyəli və bütün avadanlıqlarla təchiz edilmiş xəstəxanaların olduğunu bildirərək Azərbaycanda səhiyyənin inkişaf etdiyini söyləyib.

 

Nazir azərbaycanlı həmkarını İrana dəvət etdiyini diqqətə çatdırıb.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

© Azərtac

16.07.2018 11:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ