Avro Zonasının ixracı azalıb, idxalı artıb
Avro Bölgəsində bu ilin May ayında keçən ilin eyni ayına nisbətən ixrac 0,8 faiz azalıb, idxal isə 0,7% artıb.
"Marja" Avropa Statistika Ofisinin (Eurostat) məlumatlarına istinadən xəbər verir ki, ortaq pul vahidi və qanuni ödəmə vasitəsi kimi Avro istifadə edən 19 üzvlü Avro Bölgəsində mövsümi amillər xaric ixrac, May ayında ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azalaraq 189,6 milyard avroya enib. İdxal isə 0,7%-lik artımla 173,1 milyard avro təşkil edib.
Valyuta ittifaqında, 2017-ci ilin May ayında 19,3 milyard avro təşkil etmiş xarici ticarət artıqlığı (profisit), bu ilin eyni ayında 16,5 milyard avro olub. Avro Bölgəsi daxilində ticarət isə bu dövrdə 0,5 faiz artaraq 162,3 milyard avro olub.
Həmçinin rəqəmlər, 28 üzvdən ibarət Avropa Birliyində (AB) bu ilin May ayında 2017-nin eyni ayına nisbətən ixracaın 2,7% azalma ilə 160,9 milyard avroya, idxalın da 1,4 faiz azalaraq 160,7 milyard avroya gerilədiyini ortaya qoyur.
AB-də May ayında 0,2 milyard avro profisit olub. AB daxilində ticarət isə 1,6%-lik artımla 294,7 milyard avrotəşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 saat əvvəl
-
10 saat əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin
-
14 saat əvvəl
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
-
15 saat əvvəl
Motosikllər və elektrik mühərrikli velosipedlər 15 %-lik gömrük rüsumuna cəlb ediləcək
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl