Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azercell-in 4G şəbəkəsi daha 5 bölgə boyu genişləndi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azercell-in 4G şəbəkəsi daha 5 bölgə boyu genişləndi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Keyfiyyətli və innovativ xidmətləriilə fərqlənən Azərbayanın lider mobil operatoru Azercell Telekom ölkəmiz boyu 4G şəbəkəsini genişləndirməkdə davam edir.

 

Şirkət daha 5 şəhərdə - Ağcabədi, Balakən, Qəbələ, Quba və Tovuzda 4G şəbəkəsini qurub və bununla da yüksək sürətli mobil internet xidmətlərindən istifadəni ümumilikdə respublikanın 12 bölgəsində mümkün edib.

 

Xatırladaq ki, bundan öncə Azercell-in 4G xidmətləri Gəncə, Şirvan, Şəmkir, Bərdə, Lənkəran, Masallı və Cəlilabadda artıq mövcud idi. Eyni zamanda, Azercell Bakı və bölgələrdə 4G stansiyalarının sayını 2018 ci il ərzində 2 dəfə artıraraq abunəçilərinə bu xidmətin üstünlüklərindən yararlanmaq imkanı verdi. Belə ki, təkcə bu ilin ilk 6 ayı ərzində toplam 113 olmaqla, Bakıda 26, Sumqayıtda 28, Abşeronda 12, Ağcabədidə 8, Balakəndə 7, Cəlilabadda 5, Masallıda 6, Qəbələdə 8, Qubada 7 və Tovuzda 6 LTE şəbəkəsi üzərində çalışan stansiya quraşdırılıb. Hazırda Azercell toplam 2826 2G, 2208 3G və 663 4G stansiyaları sayəsində bütün abunəçilərini yüksək keyfiyyətli mobil rabitə xidməti ilə təmin edir.

 

Qeyd edək ki, artıq 4G-ni dəstəkləyən həm Sim kartı, həm də mobil cihazı olan Azercell abunəçiləri Azercell müştəri xidmətləri mərkəzlərinə müraciət etmədən 4G xidmətindən yararlana biləcəklər. Bunun üçün abunəçinin istifadə etdiyi cihazda sadəcə 4G-ni seçməsi yetərilidir.

Azercell şirkəti bu ilin sonuna kimi 4G şəbəkəsinin coğrafiyasını Azərbaycanın əksər bölgələri və şəhərləri boyu genişləndirməyi planlaşdırır. Bu ilin sonuna kimi Bakı, Abşeron ərazisində daha 300 ədəd və bölgələrdə toplam 182 ədəd 4G stansiyasının qurulması nəzərdə tutulub.

 

Ölkədə 4G xidmətini ilk dəfə abunəçilərinə təqdim edən və Azərbaycanın bütün bölgələrini yüksək sürətli mobil internetlə təmin etməyi hədəfləyən Azercell-in 4G internet istifadəçilərinin sayı əvvəlki illərlə müqayisədə 3 dəfə artıb, mobil internetdən istifadə həcmi isə 50% çoxalıb.

16.07.2018 15:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ