Putin: Rusiya heç vaxt ABŞ-ın daxili işinə qarışmayıb

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Helsinkidə həyata keçirdikləri təkbətək və geniş tərkibli görüşün ardından birgə mətbuat konfransı keçiriblər.

 

Putin, danışıqlarda nüvə silahlarının məhdudlaşdırılması məsələsinin də müzakirə olunduğunu deyib.

 

Putin, "Terora qarşı birgə çalışmağın vacibliyini vurğuladıq. Suriya məsələsində prosesləri qiymətləndirmişik. Həm Rusiya, həm ABŞ ordusu təsirli bir ünsiyyət kanallarını açması lazımdır. ABŞ-ın İranla nüvə müqaviləsindən çıxmasını da danışdıq. ABŞ İranla nüvə razılaşması mövzusundakı mövqeyimizi bilir. Rusiya heç vaxt ABŞ seçkilərinə müdaxilə etməmişdir, Bu məsələdə hər hansı bir spesifik material varsa tərəfdaş kimi baxmağa hazırıq. Prezident Trampla bir-birimizi anladığımızı hesab edirəm", -dedi.

 

Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp ilə görüşünün iki ölkənin münasibətlərinin yaxşılaşmasında ilk addım olduğunu bildirib.

 

TRAMP: KONSTRUKTİV VƏ AXICI GÖRÜŞ KEÇİRDİK

 

Tramp, "Konstruktiv və axıcı görüş keçirdik. Bir çox mövzuda açıq danışdıq. Ölkələrimiz arasınadki münaqişələr yaxşı bilinir. Bunları ətraflı danışdıq. Əməkdaşlıq etməyin və ortaq maraqlar istiqamətində irəliləyişin yolunun tapılması lazımdır. Əməkdaşlığın faydalarını da gördük. Soyuq müharibənin  gərginliyində belə bu gündəkindən yaxşı münasibətlərimiz vardı. Əlaqələrimiz indikindən pis olmamışdı. 4 saatda bunu çözdük "-deyib.

 

TRUMP: GÜCLÜ DİALOQUN İLK ADDIMINI ATDIQ

 

Tramp, "Rusiya ilə konstruktiv dialoqu digər diyaloqları müşayiət edəcəkdir. ABŞ seçkilərinə müdaxilə məsələsini birbaşa soruşdum. Qlobal terrorizm bəlası mövzusunda əməkdaşlıq davam etdirilməlidir. İranın   uğuruna icazə verməyəcəyimi dedim. Parlaq gələcək üçün daha güclü dialoqun ilk addımını atdıq",- dedi.

 

ABŞ Prezidenti Donald Tramp, "Suriya böhranı mürəkkəbdir. İki ölkənin əməkdaşlığı yüz minlərlə insanın həyatını xilas etmə potensialına malikdir" dedi.

 

 Tramp, "Putinə "yaxşı bir rəqibim"- dedim. Putin üçün rəqibim deyərkən kompliment söylədim" dedi.

 

Putin, "Neft və qaz alışında ABŞ-da böyük gücdür. Heç birimiz qiymətlərin düşməsini istəmirik. Müəyyən səviyyəsdən aşağı düşdükdə gəlirlilik ortadan qalxır. Qaz istehsal etməyin mənası qalmır",- dedi.

 

 TRUMP: SEÇKİDƏ QARA BULUD YOXDUR

 

Tramp, "ABŞ-ın səfeh olduğunu düşünürəm. Mən vəzifəyə gəlməmişdən bu dialoqun başlaması lazım idi. Artıq bir yerdəyik. Möhtəşəm şeylər edəcəyik. Keçmişdə hər iki tərəf də səhvlər etdi. Rusiya ilə dialoqumuzu daha öncə təmin etməliydik. Rusiya ilə əməkdaşlıq - deyə bir şey yox idi. Seçkidə qara bulud yoxdur. Hillari Klintonu asanlıqla məğlub etmişəm" dedi.

 

Putin, "ABŞ-da seçkilərə müdaxilə etdiyimiz barədə iddia yalandır" dedi.

 

Tramp, "İsrail ilə çox uzun zamandır dostuq. Suriya məsələsində bir şeylər etməyimiz lazım olduğu barədə eyni fikirdəyik. Birgə iş görəcəyik"" dedi.
 

16 İyul 2018 , 22:33   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin