Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Sərvəti 150 milyard dolları da keçdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sərvəti 150 milyard dolları da keçdi

ABŞ-ın elektron ticarət nəhəngi Amazon-un banisi və rəhbəri Cef Bezosun sərvəti 150 milyard dolları aşıb.
 

"Marja" xəbər verir ki, Forbes-in hazırladığı "Milyarderlər Siyahısına" görə, Bezosun sərvəti bu gün 1,2 milyard dollar artaraq 150,2 milyard dollara çatıb.
 

Reklam_3_11

Beləliklə, dünyanın ən varlı adamı olan Bezos siyahıdakı yerini möhkəmləndirib və 93,7 milyard dollarlıq sərvətilə ikinci sırada yer alan Microsoft-un qurucusu Bill Qeyts ilə arasındakı fərqi də artırıb.
 

Bezosun sərvətinin bu gün artımasına Amazon-un səhmlərinin yeni bir rekord qırması səbəb olub.
 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Amazon-un Nyu-York Birjasında səhmi 1 faiz bahalaşaraq 1831 dollara qalxaraq şirkət tarixində ən yüksək səviyyəsinə çatıb.
 

Həmin saatda bazar dəyəri 888 milyard dollara yüksələn Amazon, 940 milyard dollar bazar dəyərinə malik Apple-dan sonra ABŞ-ın ən dəyərli ikinci şirkəti mövqeyindədir.

16.07.2018 20:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ