Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Neft Fondunun aktivləri ən yüksək həddə - AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft Fondunun aktivləri ən yüksək həddə  - AÇIQLAMA

 

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2018-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə gəlirləri 9 milyard 173,7 milyon manat, büdcə xərcləri isə 4 milyard 731,6 milyon manat təşkil etmişdir.

Reklam_3_11

 

Fonddadn "Marja"ya daxil olmuş məlumata görə, 2018-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 milyard 665,7 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 milyard 889,5 milyon manat, bonus ödənişləri 765,2 milyon manat, tranzit gəlirləri 10,5 milyon manat, akrhesabı ödənişlər 0,5 milyon manat təşkil etmişdir.

 

Hesabat dövrü ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 508,0 milyon manata bərabər olmuşdur.

 

Hesabat dövrü ərzində ARDNF-nin 2018-ci il büdcəsinin icrası çərçivəsində 4 milyard 608,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir.

 

Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 84,5 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 19,1 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 7,5 milyon manat vəsait ayrılmışdır. 2,0 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilmişdir. 2018-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 10,5 milyon manat təşkil etmişdir.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 838,5 milyon manat təşkil etmişdir.

 

2018-ci il iyulun 1-ə Fondun aktivləri 2018-ci ilin əvvəlinə (35 milyard 806,5 milyon ABŞ dolları) nisbətən 6,22% artaraq 38 milyard  36,1 milyon ABŞ dolları təşkil etmişdir ki, aktivlər üzrə bu göstərici ARDNF-nin ümumi fəaliyyəti dövrü ərzində ən yüksək hədd olmuşdur. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olmuşdur.

16.07.2018 20:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ