Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Neft Fondu vəsaitləri necə investisiya edib?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft Fondu vəsaitləri necə investisiya edib?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfeli onun aktivlərinin 99,3%-i qədər və 37 milyard 770 milyon ABŞ dolları təşkil edib.

 

Bu vəsaitin 50,1%-i elə dollarda, 33,6%-i avroda, 4,8%-i isə ingilis funtsterlinqində yerləşdirilib.

 

Başqa sözlə, üç əsas xarici valyutanın investisiya portfelində payı 88,5% təşkil edib. Digər valyutalara gəlincə isə, portfeldə Avstraliya dolları 0,6%, Türkiyə lirəsi 0,9%, Rusiya rublu 0,9%, Koreya vonu 1,2%, Çin yuanı 1,3%, Yaponiya yeni 1,6%, digər valyutalar 1,5%, qızıl isə 3,5% paya malikdir.

 

ARDNF investisiya portfelinin xarici valyutalar və qiymətli metallar üzrə bölgüsü ilə yanaşı, müxtəlif aktivlər üzrə bölgüsünü də açıqlayıb. Beləliklə, Fondun investisiya portfelində istiqrazların və pul bazarı alətlərinin payı 76,4%, səhmlərin payı 14,1%, daşınmaz əmlakın payı 6%, qızılın payı isə bir qədər əvvəl deyildiyi kimi, 3,5% təşkil edib. 

17.07.2018 05:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ