Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Amrahbank” maliyyə göstəricilərini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Amrahbank” maliyyə göstəricilərini açıqladı

“Amrahbank” ASC 2018-ci ilin birinci yarısı üzrə maliyyə hesabatlarını açıqlayıb.

 

Reklam_3_11

“Marja” Banka istinadən xəbər ki, 2017-ci ilin yanvar-iyun dövrü ilə müqayisədə Bankın haqq və komissiya gəlirləri artıb. Ötən ilin birinci yarısında 1 milyon 266 min manat olmuş müvafiq gəlirlər, bu ilin birinci yarısında 1 milyon 792 min manata yüksəlib.

 

Cari ilin yanvar-iyun dövründə “Amrahbank”ın cəmi faiz gəlirləri 3  milyon 773 min manat, faiz xərcləri isə 5 milyon 614 min manat təşkil edib. Həmçinin kreditlər üzrə ehtimal olunan zərərlər üçün ehtiyyatlara 2 milyon 389 min manat ayrılıb. Nəticədə Bankın 4 milyon 230 min manat xalis faiz zərəri yaranıb. 

 

1 GÜNƏ KREDİT ALIN!

 

"AmrahBank"ın xalis qeyri-faiz gəlirləri 2 milyon 897 min manat təşkil edib. 6 milyon 748 min manat əməliyyat xərcləri çıxıldıqdan sonra bankın 8 milyon 81 min manat xalis zərəri yaranıb. Müqayisə üçün qeyd edək ki, Bank 2017-ci ilin birinci yarısında 2 milyon 984 min manat xalis zərər açıqlamışdı. 

 

Bank gələcəkdə daha dayanıqlı fəaliyyəti üçün gəlirlərinin bir hissəsini ehtiyata yönəldir. "AmrahBank"ın gələn ildən mənfəətə çıxacağı gözlənilir. 

 

30 İyun 2018-ci il tarixində “AmrahBank” ASC 196 milyon 216 min manat cəmi aktivlərə, 161 milyon 793 min manat cəmi öhdəliklərə və 34 milyon 423 min manat cəmi səhmdar kapitalına və 27 milyon 815 min manat məcmu kapitala malik olub.

17.07.2018 07:10

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ