Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Dollar yenidən bahalaşa bilər - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar yenidən bahalaşa bilər - GÜNƏ BAXIŞ

Dünyada siyasi risklərin artması, maliyyə bazarlarında da qeyri-müəyyənliyin və beləliklə, dollara olan tələbin artmasına səbəb olur.


 

Foreks: Dollar yenidən bahalaşa bilər. 

 

Dünya valyuta birjalarında diqqət mərkəzində olan Amerika ilə Rusiya prezidentləri arasında görüş fonunda baş tutan mətbuat konfransı öncəsi dolların aparıcı valyutalara nisbətən orta qiyməti 0.4% ucuzlaşmışdır.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Bu gün isə sözügedən dinamikanın zəiflədiyi və qiymətin bahalaşdığı müşahidə edilir. Dünyada siyasi risklərin artması maliyyə bazarlarında da qeyri-müəyyənliyin və dollara olan tələbin artmasına səbəb olur.

 

Avro və Funt təzyiq altında

 

Beləliklə, EUR/USD və GBP/USD məzənnələrində qlobal eniş dalğasının davam edə biləcəyi proqnozları güclü olaraq qalır.

 

Təhlillərə əsasən, qiymətlər gün ərzində cari səviyyələrin üzərində möhkəmlənə bilməsi və keçən həftənin minimum səviyyəsini də aşağı istiqamətdə qırarsa, avro 1.15, funt isə 1.30$-a kimi ucuzlaşa bilər.

 

Qızılın qiymətləri 1226$-a kimi ucuzlaşa bilər

 

Əlvan metallar bazarlarında da qızılın qiyməti təqribən son bir ilin minimum səviyyələri ətrafında ticarət edilir və 1236$-ın aşağı istiqamətdə qırılması ilə 1226$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb

17.07.2018 07:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ