Neft Fondu pulları əmlaka yatıracaq - imkanları araşdırır
"2016-cı ildə London və Moskva kimi daşınmaz əmlak bazarlarında geriləmənin olmasına baxmayaraq Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) yatırım etdiyi digər bazarlarda müsbət inkişaf dinamikası müşahidə olunub. Bunları nəzərə alaraq, ARDNF-nin daşınmaz əmlaka yatırdığı investisiyaların özünü doğrultduğunu deyə bilərik". Bunu ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov bildirib.
Ş. Mövsümovun sözlərinə görə, ARDNF öz daşınmaz əmlak investisiyalarında uzunmüddətli gəlirlilik göstəricilərini əsas götürür ki, bu baxımdan da hazırkı uzunmüddətli gəlirlilik göstəricisi 6-8% civarında proqnozlaşdırılır.
"ARDNF daim perspektivli, şəffaf bazar mühitinə malik olan, investisiyalar üçün cəlbedici və risklər nəzərə alınmaqla münasib gəlirlilik vəd edən Amerika Birləşmiş Ştatları, Avropa, Asiya və Sakit Okean Hövzəsi bazarlarında daşınmaz əmlak investisiya imkanlarının araşdırır. Gələcəkdə də investisiya baxımından cəlbedici olan daşınmaz əmlak aktivlərinə və fondlarına yatırım ediləcək", - deyə o əlavə edib.
Müsahibənin tam mətni bir qədər sonra saytımıza yerləşdiriləcək.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 saat əvvəl
-
5 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
8 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
11 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
11 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 14 saat əvvəl
- 15 saat əvvəl