Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Kollektivə təqdim olundu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kollektivə təqdim olundu

Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini təyin olunan Eldar Əzizov bu gün kollektivə təqdim olunub.

 

Reklam_3_11

E. Əzizovu kollektivə  Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi, şöbə müdiri Zeynal Nağdəliyev təqdim edib.

 

Tədbirdə şəhər icra hakimiyyətinin kollektivindən başqa Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərinin başçıları, Bakı şəhər Baş Polis İdarəsinin rəisi və Bakı şəhər prokuroru iştirak edib.

 

ELDAR ƏZİZOBU O ƏVƏZ EDİR

 

Xəbər verdiyimiz kimi, Bakının Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizova dünən yeni vəzifə verilib. Prezidentin sərəncamı ilə o, Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. 

 

Digər sərəncamla Eldar Əzizov Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) başçısının birinci müavini təyin olunub. 


Hazırda BŞİH-nin başçısı postu boş olduğu üçün E.Əzizov birinci müavin kimi həm də şəhər meri səlahiyyətini icra edəcək.
 

Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov bu ilin aprelində Baş nazirin müavini vəzifəsinə aparılıb.

 

Bəs Eldar Əzizovu Səbaildə kim əvəz edir? Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki,  icra başçısının səlahiyyətlərini  başçının müavini, rayon Fövqəladə hallar komissiyasının sədri Abit Əliyev həyata keçirir.

 

Keçmiş icra başçısı E. Əzizov isə bu gün Səbail İH-nə gələrək kollektivlə vidalaşıb.

 

TBC KREDİTDƏN KAMPANİYA: TƏMİRİ İNDİ ET, ÖDƏNİŞƏ 3 AY SONRA BAŞLA

 

© Qafqazinfo

17.07.2018 08:26

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ