Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

SOCAR İstiqrazları sahibləri növbəti gəlirlərini əldə ediblər

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR İstiqrazları sahibləri növbəti gəlirlərini əldə ediblər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İyulun  17-də SOCAR-ın daxili bazar üçün buraxdığı istiqrazlar üzrə növbəti faiz ödənişi həyata keçirilib.

 

Reklam_3_11

SOCAR İstiqrazları sahiblərinin hesablarına hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə 1 milyon 250 min dollar vəsait köçürülüb.

 

“SOCAR Capital” şirkətindən "Marja"ya verilən məlumata görə, pullar faiz ödənişindən bir həftə əvvəl Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına köçürülüb, bu gündən etibarən isə investorların hesabındadır.

 

Bu SOCAR İstiqrazları üzrə yeddinci faiz ödənişidir.Bununla da, qeyd olunan qiymətli kağızların sahiblərinin qazancı ümumilikdə indiyədək 8,75 milyon dollar təşkil edib.

 

Xatırladaq ki, nominal dəyəri 1000 dollar olan SOCAR İstiqrazlarının illik gəlirliliyi 5 faizdir. Faizlər hər 3 aydan bir ödənilir.

 

Hazırda SOCAR İstiqrazları ölkənin fond birjasında ən çox alınıb-satılan qiymətli kağızdır.

 

SOCAR İstiqrazlarının əsas üstünlükləri SOCAR tərəfindən verilən nominal qiymətə alış zəmanəti, likvidliyin yüksək olması, əməliyyatların rahatlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılmasıdır.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Qeyd edək ki, ötən ilin noyabr ayından istiqrazlarla REPO əməliyyatlarına da start verilib. REPO əməliyyatları SOCAR İstiqrazları sahiblərinə öz qiymətli kağızlarını girov qoyaraq aşağı faizlə kredit götürmək imkanı verir.

 

İstiqrazlar üzrə növbəti və bu ilin son faiz ödənişi oktyabrın 17-də həyata keçiriləcək.

17.07.2018 09:17

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ