Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Azərbaycan Dəmir Yolları” reklama icazə verməyəcək - SƏLAHİYYƏTİ LƏĞV EDİLDİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərbaycan Dəmir Yolları” reklama icazə verməyəcək - SƏLAHİYYƏTİ LƏĞV EDİLDİ

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) səlahiyyətlərindən biri ləğv edilib

 

Reklam_3_11

Bu, Nazirlər Kabinetinin “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”ında etdiyi dəyişiklikdə əksini tapıb.

 

Qaydaya əsasən, indiyə qədər dəmir yolunun xüsusi mühafizə zonası və təhkim zolağı hüdudlarında yerləşən tökmə yatağın yamaclarında, daimi hasarlarda, qurğularda və dəmir yolunun digər obyektlərində hüquqi və fiziki şəxslər tərəfindən reklamların yerləşdirilməsinə yalnız “Azərbaycan Dəmir Yolları” QSC-nin icazəsi ilə yol verilib. “Azərbaycan Dəmir Yolları” QSC öz səlahiyyətləri çərçivəsində dəmir yolunun xüsusi mühafizə zonasında və təhkim zolağında yerləşdirilmiş reklamların vəziyyətinin yoxlanılmasını həyata keçirib.

 

Dəyişikliyə əsasən dəmir yolunun xüsusi mühafizə zonası və təhkim zolağı hüdudlarında yerləşən tökmə yatağın yamaclarında, daimi hasarlarda, qurğularda və dəmir yolunun digər obyektlərində Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada ölçülərindən asılı olmayaraq reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə və reklamın yerləşdirilməsinə Dövlət Reklam Agentliyi tərəfindən icazə veriləcək.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin dəmir yolunun xüsusi mühafizə zonasında və təhkim zolağında yerləşdirilmiş reklamların vəziyyətinin yoxlanılmasını həyata keçirmək səlahiyyəti də ləğv olunub.

17.07.2018 10:04

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ