Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Unitransfer"lə pul köçürmələri daha asan oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Unitransfer"lə pul köçürmələri daha asan oldu

 

"Unibank" müştərilərinin rahatlığı üçün "Unitransfer" ilə pul köçürmələrini daha da asan etdi.

 

Artıq "Unibank" müştəriləri "Unitransfer" vasitəsiylə ölkədaxili pul köçürməsini bankın ödəniş terminallarından göndərib, bankomatlarından nağd şəkildə çıxara bilərlər.

 

Bunun üçün sadəcə ən yaxın Unibank ödəniş terminalına yaxınlaşıb, şəxsiyyət vəsiqənizin pin kodunu və telefon nömrələrinizi daxil etmək kifayətdir. Vəsait göndərildikdən dərhal sonra, 30 gün ərzində iş və ya qeyri-iş günlərindən asılı olmayaraq, günün istənilən vaxtında hər hansı Unibank bankomatına yaxınlaşıb, 10 rəqəmli kodu daxil etməklə göndərilən pulu nağd şəkildə almaq mümkündür.

 

Köçürmə üzrə xidmət haqqı belədir:

 

- 500 AZN qədər - 2 AZN;

- 501-1000 AZN arasında olan məbləğlər üçün 4 AZN.

 

Dünyanın ən məşhur və etibarlı pulköçürmə sistemlərinin xidmətlərini təqdim edən Unibank, hazırda geniş xidmət şəbəkəsinə malik “Zolotaya Korona”, “Contact”, “Western Union”, "Blizko", “PrivatMoney”, “UPT” kimi nüfuzlu təcili pul köçürmə sistemləri üzrə də xidmət göstərərək, manat, ABŞ dolları , avro və Rusiya rublu ilə əməliyyatlar həyata keçirir.

 

Beynəlxalq pul köçürmə sistemləri ilə əməkdaşlığını ildən-ilə dərinləşdirən Unibank, pul köçürmə xidmətlərini genişləndirmək üzrə ölkə maliyyə qurumları sırasında ilk yerlərdədir. Bu sistemlər dünyanın 190-dan çox ölkəsində fəaliyyət göstərərək, ümumilikdə 500 min təcili qəbul və göndəriş məntəqəsini birləşdirir. Onlardan hər biri pul köçürmələrini tez, rahat və etibarlı şəkildə, istiqamətindən və xidmət məntəqəsindən asılı olmayaraq ən sərfəli tariflər ilə həyata keçirməyə imkan verir.

 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.azhttps://twitter.com/unibank) əldə etmək olar.

 

Unibank – hər kəsin bankı!

17.07.2018 13:29

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ