Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

17 iyul 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0104006686 ISIN-li, 35 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

 

Hərrac zamanı 16 investor tərəfindən qiyməti intervalı 90.9317 AZN (10.0275%) və 93.0588 AZN (7.5000%) olan 32 sifariş təqdim edilmişdir.

 

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.6301 AZN (8.0001%), orta ölçülmüş qiyməti 92.6646 AZN (7.9596%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 84 061 300, 00 AZN, yerləşdirilmiş həcmi isə 35 mln manat təşkil edilmişdir.

 

İstiqrazların ödəmə tarixi  16 iyul 2019-cu  il.

 

Hərrac iştirakçıları 18 iyul 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

17.07.2018 15:17

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ