Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Fed/Powell: Faizin mərhələli artırlması bu an üçün ən yaxşı yoldur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed/Powell: Faizin mərhələli artırlması bu an üçün ən yaxşı yoldur

ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pauell (Jerome Powell) ABŞ Konqresindəki çıxışında faizin mərhələli artırlmasının bu an üçün ən yaxşı yol olduğunu deyib.
 

"Marja" xəbər veir ki, Pauell açıqlamasında "məşğulluq bazarının güclü olduğu, inflyasiyanın hədəfə yaxınlaşdığı və risklərin balanslı olduğu bir dövrdə, FOMC, mərhələli faiz artımlarını davam etdirməyin ən yaxşı yolu olacağına inanır" ifadəsini istifadə edib.
 

Reklam_3_11

Pauell işsizlik nisbətin daha da aşağı düşməsini gözlədiklərini, Fed-in inflyasiyanı 2% yaxınlığında  saxlamaq üçün mübarizə aparacağını dilə gətirib. 

 

Pauell davam edən ticarət müharibələrinin və Trampın vergi güzəştlərinin təsirlərinin əsas  qeyri-müəyyənliklər olduğunu qeyd edib.
 

ABŞ iqtisadiyyatının möhkəm sürətlə böyüdüyünü bildirən Pauell, maaşların da keçən ilə nisbətən daha sürətlə artdığını bildirib.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Bəzi amillərin də müsbət görünüşə töhfə verdiyini qeyd edən Pauell, "Maliyyə şərtləri iqtisadi artım üçün müsbətdir, bank sistemi böhrandan əvvəlkindən daha güclüdür, maliyyə siyasəti dəstəkləyicidir" ifadələrini istifadə edib.

 

Sədr, qlobal iqtisadiyyatda mənzərənin də dünyanın bəzi bölgələrindəki qeyri-müəyyənliklərə baxmayaraq güclü qaldığını vurğulayıb.

 

Cerom Pauelin çıxışı ərəfəsində Dollar bahalaşıb. Saat 19:00-a olan məlumata görə, Avro/Dollar məzənnəsi 0,23% düşərək 1.1684 səviyyəsinə geriləyib (Dollar bahalaşıb, Avro ucuzlaşıb). 

17.07.2018 16:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ