Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Rüsum ödəmədən gətirilən alkoqollu içki və siqaretin miqdarı azaldıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rüsum ödəmədən gətirilən alkoqollu içki və siqaretin miqdarı azaldıldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Fiziki şəxslərin fərdi istehlak məqsədilə gömrük vergi və rüsumları ödəmədən ölkə ərazisinə gətirdiyi alkoqollu içki və siqaretin miqdarı azaldılıb.

 

Dövlər Gömrük Komitəsindən  verilən məlumata görə, bu barədə Milli Məclis Vergi Məcəlləsində dəyişiklik edilməsinə dair qərar qəbul edib və "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Belə ki, Vergi Məcəlləsinin 188.1.1-ci maddəsinə əsasən fiziki şəxs buna qədər fərdi istehlakı üçün 3 litr alkoqollu içkini, 600 ədəd siqareti gömrük vergi və rüsumu ödəmədən ölkə ərazisinə gətirə bilərdi.

 

Məcəllənin həmin bəndində edilən dəyişikliyə əsasən isə bundan sonra fiziki şəxs fərdi istehlakı üçün 1.5 litr alkoqollu içkini və 200 ədəd siqareti gömrük vergi və rüsumlarından azad şəkildə ölkə ərazisinə gətirə biləcək.

17.07.2018 16:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ