Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Bank Standard"ı qiymətləndirmək dünya nəhənginə həvalə olundu

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bank Standard"ı qiymətləndirmək dünya nəhənginə həvalə olundu

04.10.2016-cı il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə QSC “Bank Standard” KB müflis elan edilmiş və onun barəsində ləğv prosesinə başlanılmışdır. Eyni zamanda həmin qərar əsasında banka ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. 

 

Reklam_3_11

Ləğvetmə prosesinin şəffaflığının təmin edilməsi məqsədi ilə QSC “Bank Standard” KB-nin aktivlərinin qiymətləndirilməsi KPMG-nin Azərbaycan nümayəndəliyinə həvalə olunmuşdur. QSC “Bank Standard” KB-nin aktivlərinin qiymətləndirməsi həmin şirkət tərəfindən Beynəlxalq Qiymətləndirmə Standartlarına uyğun olaraq təşkil edilmişdir. Bu barədə "Marja"ya Əmanətlərin Sığortalanması Fondundan bildirilib.

 

Məlumat üçün bildiririk ki, KPMG Azərbaycan KPMG Avropanın, yəni Rusiya, MDB ölkələri, Almaniya, İngiltərə, İsveçrə, Hollandiya, İspaniya, Belçika, Türkiyə, Norveç, Lüksemburq və Səudiyyə Ərəbistanının audit, vergi və hüquq, məsləhət xidməti praktikalarını əhatə edən KPMG Europe LLP-nin (KPMG ELLP) tərkibinə daxildir.

 

KPMG Böyük Dördlük şirkəti olaraq, dünyanın 152 ölkəsində 189 000-dən çox əməkdaşa malik olmaqla audit, vergi və məsləhət xidmətləri göstərən peşəkar şirkətlərin qlobal şəbəkəsidir.

08.02.2017 12:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ