Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Müştərilərə verdiyi kreditlər 1 milyard manat səviyyəsini aşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Müştərilərə verdiyi kreditlər 1 milyard manat səviyyəsini aşdı

2018-ci ilin 2-ci rübündə “PAŞA Bank” ASC-nin müştərilərə verdiyi kreditlər 1 milyard manat səviyyəsini keçib.

 

“Marja” Bankın yerli standarlar əsasında hazırlanmış hesabatına istinadən xəbər verir ki, 30 İyun 2018-ci il tarixində Bankın müştərilə verdiyi kreditlər 1 milyard 37 milyon 236 min manat təşkil edib. Bu rəqəm 30 İyun 2017-ci il  tarixində 819 milyon 948 min manat, 31 Dekabr 2017-ci il tarixində 943 milyon 99 min manat, 31 Mart 2018-ci il tarixində isə 977 milyon 875 min manat idi. İllik müqayisədə müştərilərə verilən kreditlər 217 milyon 288 min manat və ya 26,5% artıb.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

30 İyun 2018-ci il tarixində “PAŞA Bank”ın 3 milyard 901 milyon 761 min manat aktivlərinin 1 milyard 126 milyon 128 min manatını kredit təşkilatlarından alınacaq məbləğlər təşkil edib. Ötən ilin sonunda bu məbləğ  1 milyard 446 milyon 557 min manat idi.

 

QİYMƏTLİ KAĞIZLARA İNVESTSİYALAR 2 DƏFƏ ARTIB

 

“PAŞA Bank”ın qiymətli kağızlara investisiyaları kəskin artıb. Ötən ilin sonunda 395 milyon 944 min manat olmuş investisiyalar 30 İyun 2018-ci il tarixində 816 milyon 779 min manata çatıb (2,06 dəfə artıb).

 

Xəbər verdiyimiz kimi, “PAŞA Bank” ASC 2018-ci ilin birinci yarısını 22 milyon 162 min manat xalis mənfəətlə başa vurub  Ətraflı:http://marja.az/news/27710

18.07.2018 10:42

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ