Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bakıda Intel, Nutanix və Lenovo şirkətləri birgə konfrans keçirdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda Intel, Nutanix və Lenovo şirkətləri birgə konfrans keçirdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakıda Intel, Nutanix və Lenovo şirkətləri müasir data-mərkəzləri üçün innovativ infrastruktur həllərinə dair birgə konfrans keçirdi.


 

Bir neçə gün öncə Bakının Bilgah Beach otelində yarımkeçirici komponentlərin aparıcı istehsalçısı olan Intel, korporativ bulud hesablamalarının həlləri sahəsində lider sayılan Nutanix və biznes üçün innovativ texnoloji həllərin və məlumatların emalı mərkəzlərinin istehsalı sahəsində lider kimi tanınan Lenovo şirkətləri tərəfindən konfrans təşkil olunmuşdur.

 

"Gələcəyin Data Mərkəzi Bu Gün!" şüarıyla təşkil edilən tədbir Intel, Nutanix и Lenovo şirkətlərinin birgə infrastruktur həllərinə və məlumat mərkəzləri üçün gələcək texnologiyalara həsr olunmuşdu. Konfrans iştirakçıları Azərbaycandakı tərəfdaşların həyata keçirdiyi layihələrlə də tanış oldular.

 

Nutanix şirkətinin Rusiya, MDB ölkələri, Şərqi Avropa və Türkiyədə OEM-alyanslar üzrə direktoru Piter Meycer (Peter Major) qonaqları giriş sözü ilə salamlayarkən qeyd etdi ki, şirkət korporativ bulud infrastrukturunun qurulmasında uğur qazanmışdır. Nutanix, bulud mühitində iştirakını genişləndirmək məqsədilə çalışır, bu səbəbdən ortaq ekosistemin inkişafı artım dinamikasının qoruyub saxlamanılması istiqamətində ən vacib komponentə çevrilir. “"Bizim bulud üzrə mövcud həll yollarımız müasir data idarəetmə ssenarilərində xüsusilə tələb olunur, çünki şirkətlər rəqəmsal transformasiyaya kəçmək ərəfəsindədirlər.” – deyə Piter Meycer çıxışında qeyd etdi.

 

EMEA bölgəsində baş direktor müavini və Intelin korporativ vitse-prezidenti Dr. Michael F. Kowalik, gələcəyin məlumat mərkəzləri ilə əlaqədar söylədiyi nitqində vurğuladı ki, bu gün də hər kəsi rəqəmsal transformasiya mövzusu narahat edir. "Şirkətlər bu istiqamətdə pul qazanmaq və biznesin inkişafına diqqət yetirmək üçün kifayət qədər tez hərəkət etməlidirlər. Buna görə Intel, gələcək üçün rəqəmsal strategiyalar üçün aparıcı drayver olmaq niyyətindədir. Mövcud tərəfdaşlıq sayəsində şirkət Lenovo və Nutanix müştərilərini ən son texnologiyalarla təmin edə bilər və elə bu gün onlara biznesin sürətli transformasiyasına imkan yaradar", - deyə Kovalik qeyd edib.

 

Konfransın əsas hissəsini Nutanix şirkətlərin Şərqi Avropa və Rusiya üzrə texniki direktoru Maxim Shaposhnikovun çıxıışı yer aldı. Məruzəçi Nutanix-ə dünya bazarında aparıcı yer tutmağa imkan verən həllərinin üstünlüyü haqqında danışdı. "Data mərkəzlərinin daimi təkmilləşdirilməsi infrastrukturu  mürəkkəbləşdirərək yeni investisiyalar tələb edir. Məlumat mərkəzinin İT-landşaftının qurulmabsı paradiqmasını dəyişdirmək tələb olunur. Nutanix tərəfindən yaradılan ekosistem proqramla təyin edilən hesablama üsulları, şəbəkə kommunikasiyaları və “hər şey daxil” prinsipi ilə məlumatların saxlanılmasından istifadə etdikdə yüksək məhsuldarlıq və imtinaya davamlılıq göstərir.” – söyləyərək Maksim Şapoşnikov qeyd etdi.

 

Lenovo Datacenter Group-un Azərbaycan üzrə rəhbəri Rasim Bəxşi tədbir iştirakçılarını Lenovo ThinkAgile aparat platforması ilə tanış etdi. Bona Dea International Azerbaijan hospitalında 2017-ci ilin sonunda həyata keçirilən unikal layihənin uğurları qeyd olundu. Bu layihə 72 müxtəlif tibbi əlavənin presedentsiz inteqrasiyasını özündə cəmləyir. Həmin əlavələr Lenovo HX platformasında tibbi proqram təminatlarının dünyaca məşhur istehsalçılar tərəfindən hazırlanıb. Eyni zamanda, əməliyyat sisteminin sonuncu versiyasının ən qabaqcıl imkanları və Nutanix-in AHV hipervizoru ilə dəstəklənir. Rasim Baxşı onu da qeyd etdi ki, Lenovo şirkətinin Intel və Nutanix ilə əməkdaşlığı nəticəsində əldə etdiyi nailiyyətləri bu ilin may ayında New Orleans şəhərində (ABŞ) Nutanix.NEXT. konfransında təqdim edildi. Azərbaycandan olan nümayəndə heyəti Nutanix şirkətinin həmtəsisçisi və rəhbəri Diraş Pandeylə (Dheeraj Pandey) və şirkətin prezidenti Sudiş Nairlə (Sudheesh Nair) görüş keçiriblər. Görüş zamanı Azərbaycanda həyata keçirilən təşəbbüslər yüksək qiymətləndirildi.

 

Tədbirin rəsmi hissəsini Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkı-nın direktoru Tural Kərimli tamamladı. Yüksək Texnologiyalar Parkı əsasında tədqiqat və təhsil layihələrinin həyata keçirilməsi sahəsində Intel, Nutanix və Lenovo ilə əməkdaşlıq planları barədə məlumat verdi. Kofrans bitdikdən sonra iştirakçılar ekspertlərə onları maraqlandıran sualları qeyri-rəsmi şəraitdə ünvanlaya biləcəklər.

18.07.2018 10:58

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ